TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqlayıb

TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqlayıb

Ölkə ərazisində indiyə qədər 252 496 test aparılıb

 

TƏBİB Azərbaycanda koronavirusla bağlı mayın 21-nə olan statistik göstəriciləri açıqlayıb.

 

AYNA xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 887 test edildiyi bildirilib.

 

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 252 496 test aparılıb.

 

Xatırladaq ki, bu gün Azərbaycanda koronavirusa 118 yeni yoluxma və 1 ölüm faktı qeydə alınıb. Ölkədə ümumilikdə koronavirusa 3 749 yoluxma aşkarlanıb. Onlardan 2 340-ı sağalıb, 44-ü ölüb. Hazırda aktiv xəstə sayı 1 365-dir.

Müəllif: Ayna.az      21 May 2020 23:09
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin