Növbəti olimpiya oyunlarında dəyişiklik gözlənilir

Növbəti olimpiya oyunlarında dəyişiklik gözlənilir

Oyunlar daha əvvəlki kimi olmayacaq

 

Yeni növ koronavirusun yayılması səbəbindən bir il təxirə salınan 32-ci Olimpiya Oyunları əvvəlkilərdən fərqli olacaq. AYNA xəbər verir ki, bu barədə Tokio 2020 Təşkilat Komitəsinin icraçı direkterou Toşiro Muto açıqlama verib.

 

“Təşkilat komitəsi olaraq, 2021-ci ildə oyunların təşkili üçün əlimizdən gələni etməyə davam edəcəyik. Ancaq növbəti Olimpiya və Paralimpiya Oyunları adət etdiyimiz Olimpiya və Paralimpiya Oyunları ilə eyni olmaya bilər”, - deyə direktor bildirib.

 

Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) COVID-19-a görə, 24 iyul-9 avustda keçirilməsi nəzərdə tutulan Tokio 2020 olimpiya oyunları 23 iyul-8 avqust 2021-ci il tarixinə keçirib.

Müəllif: Ayna.az      15 May 2020 19:31
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin