Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycan 197 vətəndaşını Ukraynadan təxliyə edib

Azərbaycan 197 vətəndaşını Ukraynadan təxliyə edib

Bütün sərnişinlər karantinə yerləşdirilib

 

Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən 14 may tarixində Kiyevdən Bakıya çarter reysi yerinə yetirilib.

 

"Azərbaycan Hava Yolları" QSC-dən AYNA-ya verilən məlumata görə, həmin reyslə 197 nəfər Azərbaycan vətəndaşı çatdırılıb.

 

Azərbaycana gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.

 

Qeyd edək ki, həmyerlilərimizin vətənə çatdırılması üçün çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.




Müəllif: Ayna.az      14 May 2020 22:36
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin