Əsas səhifə Haqqımızda Xəbər lenti

Türkiyə ilə bağlı xoş xəbər: Koronovirusdan ölüm kəskin şəkildə azalmağa başlayıb

Türkiyə ilə bağlı xoş xəbər: Koronovirusdan ölüm kəskin şəkildə azalmağa başlayıb

Ölkə üzrə sağalananların sayı 63 min 151 nəfərə çatıb

 

Türkiyədə yeni növ koronavirusa gündəlik yoluxma və ölüm halı kəskin şəkildə azalıb. AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca sosial şəbəkədə son məlumatları paylaşıb.

 

Belə ki, bu gün ölkə üzrə 24 min bir nəfər üzərində test aparılıb. Onlardan 1670 nəfər xəstə çıxıb. Nazir xəbər verib ki, gün ərzində 4 min 892 nəfər sağalıb, 61 nəfər dünyasını dəyişib. Bununla da, ölkə üzrə sağalananların sayı 63 min 151 nəfərə çatıb. Bu vaxtadək 1 milyon 135 min 367 nəfər testdən keçirilib. Ümumilikdə 126 min 45 nəfər müalicəyə cəlb olunub. Hazırda 1424 nəfər reanimasiyada, 766 xəstə süni nəfəs aparatına qoşulmuş haldadır.

 

Qeyd edək ki, əvvəlki günlərdə koronavirusa yoluxanların və ölənlərin sayı bugünkü rəqəmdən iki dəfəyədək çox olurdu.

Müəllif: Ayna.az      3 May 2020 22:53
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin