Azərbaycan mədəniyyətinə itki üz verib

Azərbaycan mədəniyyətinə itki üz verib

Əməkdar artist uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib

 

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının aparıcı səhnə ustası, Əməkdar artist Mansur Mansurov vəfat edib. AYNA "Report"a istinadən xəbər verir ki, M.Mansurov aprelin 22-də uzun sürən xəstəlikdən sonra 76 yaşında dünyasını dəyişib.

 

Qeyd edək ki, Mansur Əbdül oğlu Mansurov 13 avqust 1944-cü ildə Bakı şəhərində doğulub. 1970-ci ildən ömrünün sonuna qədər Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında çalışıb. Uzun müddət teatrın səhnə ustası olub. 2012-ci ildə əməkdar artist fəxri adına layiq görülüb.

 

Allah rəhmət eləsin!

Müəllif: Ayna.az      23 Aprel 2020 01:02
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin