Əsas səhifə Haqqımızda Xəbər lenti

İtaliyada koronavirusun qurtaracağı tarix açıqlanıb

İtaliyada koronavirusun qurtaracağı tarix açıqlanıb

Birinci azad olan regionlar Umbriya və Bazilikata olacaq

 

İtaliyanın Milli Səhiyyə Rəsədxanası ölkədə koronavirus epidemiyasının qurtacağı tarixi açıqlayıb.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, proqnoza görə, koronavirus ölkədə iyunun sonunda bitəcək. Epidemiyadan sonuncu olaraq virusun yayılmağa başladığı Lombardiya və Marke əyalətləri xilas olmalıdır. Birinci azad olan regionlar Umbriya və Bazilikata olacaq. Latsio əyaləti mayın 12-dən təhlükəsiz olacaq.

 

Qeyd edək ki, İtaliyada martın 10-da elan edilən karantin mayın 3-dək uzadılıb. Ölkədə koronavirusdan 23,7 min nəfər dünyasını dəyişib. 178,9 min nəfər isə xəstəliklə mübarizə aparır.

Müəllif: Ayna.az      21 Aprel 2020 03:54
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin