Rusiyada bir gündə koronavirusdan 48 nəfər ölüb

Rusiyada bir gündə koronavirusdan 48 nəfər ölüb

"Bütün dövr ərzində Rusiyada 3 291 nəfər sağalıb"

 

Rusiyada koronavirus qurbanlarının sayı 361 nəfərə çatıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Koronavirusun Yayılmasına qarşı Mübarizə üzrə Operativ Qərargahdan bildirilib.

 

Qeyd edilir ki, son bir gün ərzində koronavirusdan 48 pasiyent ölüb.

 

"Bütün dövr ərzində Rusiyada 3 291 nəfər sağalıb. Ölkə üzrə 361 nəfər öldü", - xəbərdə deyilir.

 

Ölkədə son gündə 6 060 nəfərdə yeni koronavirus aşkarlanıb. Bununla da COVID-19 infeksiyası daşıyıcılarının sayı 42 853 nəfərə çatıb. 

Müəllif: Ayna.az      19 Aprel 2020 13:40
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin