TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqladı - FOTO

TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqladı -       FOTO

Bu gün Azərbaycanda koronavirusa 105 yeni yoluxma faktı qeydə alınıb

 

TƏBİB Azərbaycanda koronavirusla bağlı aprelin 8-nə olan statistik göstəriciləri açıqlayıb.

 

AYNA xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 3 018 test edildiyi bildirilib.

 

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 53 011 test aparılıb.


Xatırladaq ki, bu gün Azərbaycanda koronavirusa 105 yeni yoluxma faktı qeydə alınıb. Ölkədə ümumilikdə koronavirusa 822 yoluxma aşkarlanıb. Onlardan 63-ü sağalıb, 8-si ölüb. Hazırda aktiv xəstə sayı 751-dir.

Müəllif: Ayna.az      8 Aprel 2020 23:29
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin