İşsizlərə birdəfəlik ödəmə icaze.e-gov.az-la qeydiyyata alınmır - RƏSMİ

İşsizlərə birdəfəlik ödəmə icaze.e-gov.az-la qeydiyyata alınmır -     RƏSMİ

Bu cür halları yaradan şəxslər barəsində ciddi məsuliyyət tədbirləri görüləcək

 

“Vətəndaşların nəzərinə çatdırmaq istərdik ki, sosial şəbəkələrdə işsiz vətəndaşlara birdəfəlik ödəmələrin verilməsinə dair icaze.e-gov.az portalı vasitəsi ilə qeydiyyatın aparılması barədə yayılmış məlumatlar həqiqəti əks etdirmir”.

 

AYNA-ya bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctiamiyyətlə Əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev məlumat verib.

 

Bildirib ki, müvafiq qeydiyyat prosesi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elektron qaydada www.e-sosial.az portalı vasitəsi ilə həyata keçirilir: "icaze.e-gov.az portalı yalnız  müvafiq dövlət və özəl təşkilatlarının əməkdaşlarının xidməti zərurətlə əlaqədar hərkətlərinin təmin edilməsi məqsədi ilə onlar üçün icazənin alınmasını təmin edir".

 

“Bir daha bildiririk ki, həqiqətə uyğun olmayan və şayiə xarakterli məlumatların yayımlanması xüsusi karantin rejiminin tələblərinə ziddir və bu cür halları yaradan şəxslər barəsində ciddi məsuliyyət tədbirləri görüləcək”, - deyə qeyd olunub.

Müəllif: Ayna.az      6 Aprel 2020 20:40
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin