Əsas səhifə Haqqımızda Xəbər lenti

İşıq limiti iki ay artırıldı

İşıq limiti iki ay artırıldı

Koronavirusa görə Tədbirlər Planı təsdiqlənib

 

Əhaliyə güzəştli işıq limiti aprel-may aylarında 100 kvts. həcmində artırılacaq.

 

AYNA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb. 

 

Sənədə əsasən, bu məqsədlə 10 milyon manat ayrılıb. İqtisadiyyat və Maliyyə nazirlikləri bu tədbirin icrasını təmin etməlidir.

Müəllif: Ayna.az      4 Aprel 2020 22:04
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin