Pentaqon Nyu-Yorka hərbi cənazə qrupları göndərib

Pentaqon Nyu-Yorka hərbi cənazə qrupları göndərib

ABŞ-da koronavirusdan ölənlərin sayı sürətlə artır 

 

ABŞ-da koronavirusdan ölənlərin xüsusi qaydada basdırılması üçün canlı briqadaya ehtiyac var.


AYNA xarici mediaya istinadən xəbər verir ki, ABŞ bu məqsədlə Pentaqondan bir qrup əsgərini Covid-19 böhranından ən çox əziyyət çəkən Nyu-Yorka yollayıb.
İlk hərbi briqadada hələlik 42 əsgər var. 


Məlumatda bildirilir ki, virusdan ölənlərin basdırılması Nyu -Yorkun başqa bir probleminə çevrildiyindən, sıravi vətəndaşlar cənazə daşımağa cəlb olunurmuş. Hərbi briqadalar bu vəziyyətə dəstək olacaqlar.


Qeyd edək ki, pandemiya ABŞ-da bütün sahələrdə böhran yaradıb. Təkcə Nyu-Yorkda 57 min insan virusa yoluxub, 1800 nəfər isə ölüb. ABŞ üzrə yoluxanların ümumi sayı isə 280 minə çatıb, ölən 7159 nəfərdir. 

Müəllif: Raminə Eyvazqızı      4 Aprel 2020 20:35
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin