Pakistanın Əfqanıstanla sərhədi yaxınlığında məscid partladılıb
Pakistanın Əfqanıstanla sərhədi yaxınlığında yerləşən Peşavar şəhərində məscid partladılıb. AYNA xarici mediaya istinadən bildirir ki, Pakistan polisinin məlumatına görə, partlayış günorta namazı vaxtı terrorçu-kamikadze tərəfindən törədilib.
Şəhərin səhiyyə xidməti hadisə nəticəsində azı 17 nəfərin öldüyünü, 150 nəfərədək insanın yaralandığını bildirib.
Hadisə ilə əlaqədar Peşavarın bütün xəstəxanalarında fövqəladə vəziyyət rejimi elan edilib.