"Biz təhlükəsizlik və müdafiə məsələlərini müzakirə edəcəyik"
Belarus Prezidenti Aleksandr Lukaşenko Moskva vilayətində Rusiya lideri Vladimir Putinlə görüşdə nələri müzakirə edəcəyini açıqlayıb.
AYNA BELTA-ya istinadən bildirir ki, Lukaşenko müdafiə, təhlükəsizlik və iqtisadiyyat məsələlərinin müzakirəsi planlaşdırır.
"Biz təhlükəsizlik və müdafiə məsələlərini müzakirə edəcəyik", - Belarus lideri bildirib.
Belarus lideri əlavə edib ki, aprel-may aylarında İttifaq Dövlətinin Ali Dövlət Şurasının iclası hazırlanır: “Bununla bağlı iqtisadi, hərbi və siyasi xarakterli məsələlər müzakirə olunacaq”.
Qeyd edək ki, Kreml Rusiya Prezidentinin fevralın 17-də Novo-Oqaryovoda Belarus lideri ilə görüşəcəyini açıqlayıb.