Böhran Vəziyyətlərinə Cavab Mərkəzi 24-saatlıq iş rejiminə keçib
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Böhran Vəziyyətlərinə Cavab Mərkəzi 24-saatlıq iş rejiminə keçib və Təşkilatın Birgə Qərargahının əməliyyat qrupu Qazaxıstana göndərilib.
AYNA Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə KTMT-nin Birgə Qərargahından bildirilib.
"KTMT-yə üzv dövlətlərin müdafiə qurumları ilə qarşılıqlı fəaliyyəti, KTMT-nin Kollektiv Sülhməramlı Qüvvələrinin formalaşdırılması və yerləşdirilməsini, KTMT orqanlarının qərarlarının icrasına nəzarəti, habelə operativ, inzibati və maddi-texniki təminat üzrə qarşılıqlı fəaliyyəti əlaqələndirmək üçün KTMT Birləşmiş Qərargah rəisinin müavininin başçılığı ilə əməliyyat qrupu Qazaxıstan Respublikasına göndərilib", - qeyd olunub.
Qərargahdan bildirilib ki, KTMT-nin Böhran Vəziyyətlərinə Cavab Mərkəzinin 24-saatlıq iş rejimi qurulub, təşkilata üzv ölkələrin müdafiə idarələri ilə videokonfrans əlaqəsi yaradılıb.