Valeri Gerasimov danışdığı lətifə ilə Putini güldürməyi bacarıb
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov “Mərkəz-2019” hərbi təlimlərinin keçirildiyi Donquz poliqonunda prezident Vladimir Putinə lətifə danışıb
AYNA “Qafqazinfo”ya isitnadən xəbər verir ki, lətifə orduda qidalanma ilə bağlı olub. Gerasimov deyib: “Komandir görür ki, əsgərləri yemək yemir və buna səbəb olan aşpazı yanına çağırır. Bu zaman arıq ərzaq təchizatı müdiri gəlir. Komandir ona baxıb deyir: özün yemirsən, camaatı da yedirmirsən”.
Lətifə Putinlə Qırğızıstan prezidenti Sooronbay Jeenbekovun gülüşünə səbəb olub.