Rusiya Türkiyəni qınadı: <font color=red> Dəməşqdən icazə almalıdır</font>

Dünya

18.08.2019 - 03:49

Həkimlər Klinikalar SEO Xidməti
"Bu, Rusiyanın dəyişməz şərtidir"
 
Rusiya Xarici İşlər Nazirliyi (XİN) Suriyanın şimalında hərbi əməliyyatlara başlamaq istəyən Türkiyəyə xəbərdarlıq edib. AYNA teleqraf.com-a istinadən xəbər verir ki, XİN-in mətbuat katibi Mariya Zaxarovanın yaydığı açıqlamada bu bölgənin Suriyadan qoparılması cəhdlərinin yolverilməz olduğunu bildirilib.
 
Zaxarova Türkiyənin Suriyanın şimalında təhlükəsizlik zolağı qurmaq barədə planı haqda bunları deyib: “Suriyanın bu bölgəsinin heç bir əsasla qoparılmayacağını və bunun qəbuledilməz olduğunu düşünürük. Terrorizmlə mübarizə aparmaq üçün rəsmi Dəməşqdən icazə almaq lazımdır. Burada bir suveren ölkədən söhbət gedirsə, icazə almaq ilk və mütləq şərtdir. Bu, Rusiyanın dəyişməz şərtidir və bölgədə hərbi əməliyyatlar keçirmək istəyən Türkiyə üçün də keçərlidir. Şübhəsiz ki, bu və digər məsələlərə görə türk həmkarlarımızla məsləhətləşmələr aparırıq”.
 
Əlavə edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan YPG terror təşkilatının silahlılarının ölkə sərhədlərindən uzaqlaşdırmaq üçün türk ordusunun Suriyanın şimalında hərbi əməliyyata başlayacağını açıqlamışdı.
Müəllif: Ayna.az