Arvadını öldürən keçmiş Prezident köməkçisinə hökmü oxundu

Dünya

30.07.2019 - 17:47

Polisə təslim olan Nəcəfi həyat yoldaşını öldürdüyünü etiraf etmişdi

 

İran məhkəməsinin sözçüsü Qulam Hüseyn İsmaili, həyat yoldaşını öldürdüyünü etiraf edən İranın keçmiş Prezidentinin köməkçisi və Tehranın sabiq meri Məhəmməd Əli Nəcəfinin ölümə məhkum edildiyini açıqlayıb. AYNA İran mediasına istinadən xəbər verir ki, Qulam Hüseyn İsmayili bu barədə paytaxt Tehranda keçirdiyi mətbuat konfransında məlumat verib.

 

Qeyd edək ki,uzun müddət Təhsil naziri və Prezident köməkçisi kimi yüksək vəzifələrdə çalışmış Nəcəfi, 28 may tarixində ikinci həyat yoldaşı Mitra Ostadı silahla vuraraq öldürmüşdü. Cinayətdən sonra polisə təslim olan Nəcəfi həyat yoldaşını öldürdüyünü etiraf etmişdi.


 
İranda keçmiş Prezident Əli Əkbər Haşimi Rəfsəncaninin dövründə Təhsil naziri vəzifəsində çalışan Məhəmməd Əli Nəcəf, bir müddət Prezident Ruhaninin müavini vəzifəsində işləyib. 2017-ci ildə Tehran Bələdiyyəsinin sədri seçilib.


 
Nəcəfi ötən il uşaqların rəqs etdiyi bir tədbirə qatıldığı üçün sıx tənqidlərə məruz qalmışdı və bunun ardında səhhətində problemlər olduğunu əsas göstərərək istefa vermişdi.

Müəllif: Ayna.az