İtaliyada ilk dəfə sutkalıq koronavirusa yoluxma sayı 100 mini keçib

Dünya

31.12.2021 - 06:19

Həkimlər Klinikalar SEO Xidməti

İtaliyada koronavirusla bağlı son vəziyyət açıqlanıb

İtaliyada son sutka ərzində koronavirusa yoluxma sayı 126 888 nəfər olub ki, bu da ölkədə pandemiyanın başlanmasından bəri ən yüksək göstəricidir.

AYNA APA-ya istinadən xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Son 24 saat ərzində ölkədə 1,1 milyondan çox test aparılıb.

Gün ərzində 156 nəfər koronavirus xəstəsi dünyasını dəyişib. Ölənlərin ümumi sayı isə 137 mini ötüb, yoluxanların sayı isə təxminən 6 milyona yüksəlib. 5 milyondan çox insan sağalıb.

Qeyd edək ki, gələn il yanvarın 10-dan İtaliya hökuməti ölkədə peyvənd və ya əvvəlki xəstəlik sertifikatı əsasında verilən “super-covid sertifikatı”nın istifadəsini genişləndirəcək.

Bu sənəd yerli və regional ictimai nəqliyyat da daxil olmaqla səyahət üçün tələb olunacaq.

Həmçinin, sertifikat otellərdə, festival və yarmarkalarda, hovuzlarda və sağlamlıq mərkəzlərində də tələb olunacaq.

2022-ci il fevralın 1-dən İtaliyada peyvənddən sonra verilən covid sertifikatının etibarlılıq müddəti doqquz aydan altı aya endirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş