İranda tələbələr dərsə gəlməkdən imtina ediblər

Dünya

27.09.2022 - 04:52

Həkimlər Klinikalar SEO Xidməti

Tətilə qoşulan ali məktəblərin sayı artır

İranda 18 universitetin tələbələri dərsə gəlməkdən imtina etdiklərini açıqlayıblar. AYNA-nın APA-ya istinadən məlumatına görə, İran İnsan Hüquqları Təşkilatının hesabatında tətillərin Tehran, Təbriz, Gilan, Əhvaz, Məşhəd və Qəzvin şəhərlərindəki 18 universiteti əhatə etdiyi bildirilir.

Məlumatlara görə, tətilə qoşulan ali məktəblərin sayı artır.

Tələbələr təhlükəsizlik qüvvələrinin zorakı davranışı, etirazçı tələbələrin həbsi və təhsilin virtuallaşdırılmasına etiraz olaraq dərslərdə iştirakdan imtina etdiklərini açıqlayıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş