Avstriyada növbədənkənar parlament seçkiləri keçiriləcək

Dünya

29.09.2019 - 05:31

Bu gün Avstriyada Milli Şuraya (parlament aşağı palatası) növbədənkənar seçkilər keçiriləcək

AYNA "Report"a istinadən xəbər verir ki, seçki kampaniyasında toplam olaraq 13 partiya və siyasi hərəkat namizədlərini irəli sürüblər.

Avstriyanın bütün federativ ərazilərində seçki məntəqələrinin əksəriyyəti yerli vaxtla saat 08:00-da açılacaq və işini saat 17:00-a qədər davam etdirəcək.

Bəzi şəhərlərdə seçki məntəqələri işini günortaya qədər davam etdirə bilər. Seçkilərin birinci nəticələri məntəqələrin bağlanmasından dərhal sonra, ilkin nəticələr isə - günün sonuna kimi elan ediləcək. 

Hələ 3 il əvvəl 2016-cı ildə ölkənin Konstitusiya Məhkəməsi səsvermələrin nəticələri haqqında istənilən informasiyanı seçki məntəqələrinin bağlanmasına qədər dərc etməyi qadağan edib. 

Müəllif: Ayna.az