İran Avropa İttifaqı ilə nüvə proqramı üzrə danışıqları davam etdirəcək

Dünya

03.06.2025 - 14:47

cedabet dərman SEO Xidməti

İranın XİN başçısı nüvə problemi ilə bağlı Avropa dövlətlərinin rolunu “məhsuldar” adlandırıb

Tehran Aİ3 (Böyük Britaniya, Almaniya, Fransa) ilə İranın nüvə proqramı ilə bağlı danışıqları davam etdirmək niyyətindədir. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi almaniyalı həmkarı İohan Vadeful ilə telefon danışığı zamanı deyib.

Nazir İran və ABŞ arasında nüvə məsələsi və sanksiyaların ləğvi sahəsində diplomatik prosesə işarə edərək, nüvə məsələsi ilə bağlı Avropa dövlətlərinin məhsuldar rolunu xatırladıb və bildirib ki, İran üç Avropa ölkəsi və Avropa İttifaqı ilə dialoqu davam etdirmək niyyətindədir.

XİN rəhbəri həmçinin Almaniya və İran arasında ikitərəfli münasibətlərin daha da yaxşılaşmasına ümid etdiyin və Tehranın bu istiqamətdə addımlar atmağa hazır olduğunu bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş