HƏMAS İsraillə razılığa gəlib

Dünya

26.02.2025 - 11:38

cedabet dərman SEO Xidməti

Məhbusların azad edilməsi ilə bağlı razılıq əldə olunub

Fələstinin HƏMAS hərəkatı fevralın 22-də, israilli girovların cəsədlərinin təhvil verildiyi gün azad edilməli olan bir qrup fələstinli məhbusun İsrail tərəfindən azad edilməsi ilə bağlı razılığa gəldiyini bildirib. AYNA.AZ bildirir ki, bu barədə HƏMAS nümayəndə heyətinin Qahirəyə səfərindən sonra hərəkatın “Telegram” kanalında dərc olunmuş bəyanatında deyilir.

Məlumatda qeyd olunub ki, “son qrup kimi azad edilməli olan fələstinli məhbusların azad edilməsinin gecikdirilməsi məsələsinin həlli ilə bağlı” razılıq əldə olunub: “Razılıq var ki, onlar da israilli girovların cəsədlərinin İsrailə təhvil verilməsi ilə eyni vaxtda buraxılsınlar”.

Bəyanatda vurğulanıb ki, HƏMAS-ın Qəzza zolağındakı lideri Xəlil əl-Həyyanın başçılıq etdiyi hərəkatın nümayəndə heyəti Qahirəyə səfəri zamanı Misir rəsmiləri ilə “atəşkəs razılaşmasının icrası, girovların mübadiləsi və danışıqların ikinci mərhələsinin perspektivlərini” müzakirə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş