AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Kabinet iclasında nazirlər xarici işlər naziri Gideon Saarın təklifini yekdilliklə təsdiqləyiblər
İsrail Dövləti Birinci Dünya müharibəsi dövründə Osmanlı imperiyasında qondarma erməni soyqırımını rəsmi olaraq tanıyıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Kabinet iclasında nazirlər xarici işlər naziri Gideon Saarın təklifini yekdilliklə təsdiqləyiblər.
Saarın təklifi ötən həftənin sonlarında Kabinetin gündəliyinə daxil edilib və media o vaxt xarici işlər nazirinin İsrail əleyhinə siyasəti və ritorikasına görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana "cavab" vermək qərarına gəldiyini bildirib.
Nazir özü “erməni soyqırımı”nın tanınmasını "mənəvi tarixi borc" adlandırıb. Səsvermədən sonra o qondarma soyqırımının “gecikmiş tanınmasının bu təfsirinə” inandırıcı bir təkzib verib.
"Bu, Ərdoğanın rəhbərliyi altında Türkiyənin İsrailə qarşı açıq-aşkar düşmənçiliyi, dəhşətli ritorikası və düşmənçilik hərəkətləri üçün qisas deyi. Lakin Türkiyənin İsrailə qarşı yalan rəvayətlər təbliğ etməsi onu tarixi həqiqətdən azad etmir", - deyə xarici işlər naziri bildirib.
Maraqlıdır ki, indi İsrail Dövlətinin özü Qəzzada fələstinlilərə qarşı soyqırım törətməkdə ittiham olunduğu bir vaxtda yəhudi dövləti uydurma erməni soyqırımını tanımaq qərarına gəlib.