İsrail ABŞ-ın maliyyə yardımından imtina etmək niyyətindədir

Dünya

02.07.2026 - 21:14

Benyamin Netanyahu: "Mən Amerika yardımından imtina etmək istəyirəm”

"Mən Amerika yardımından imtina etmək istəyirəm. Bu, rifah kimidir. Mən bunu istəmirəm". AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu ABŞ-ın maliyyə yardımından imtina etmək planlarından danışarkən deyib.

Netanyahu İsrail televiziyasına bildirib ki, ölkəsi on il ərzində ABŞ-dan asılılığını tədricən azaltmaq istəyir.

Netanyahu bu istəyi İsrail iqtisadiyyatının uğuru ilə əlaqələndirib: "ABŞ-ın maliyyələşdirməsi ÜDM-in yalnız kiçik bir hissəsini təşkil edir və İsrailin artıq yalnız öz resurslarına güvənmək üçün kifayət qədər maliyyə imkanları var".

Qeyd edək ki, son zamanlar İsrail və ABŞ arasında İran məsələsi və İsrailin Livandakı əməliyyatı ilə bağlı fikir ayrılıqları yaranıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş