Bu il ABŞ-ın Azərbaycan iqtisadiyyatına birbaşa investisiyası 59,12 milyard dollar təşkil edib
Bu ilin birinci rübündə ABŞ-ın Azərbaycan iqtisadiyyatına birbaşa investisiyası 59,12 milyard dollar təşkil edib. AYNA.AZ xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı tərəfindən dərc edilmiş "2026-cı ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına cəlb edilmiş və xaricə yönəldilmiş xarici birbaşa investisiyalar" hesabatında bildirilib.
Məlumata görə, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 16,852 milyon dollar və ya 39,9% çoxdur.
Bundan əlavə, məlumatlar göstərir ki, hesabat dövründə ABŞ-ın Azərbaycana qoyulmuş ümumi xarici birbaşa investisiyalarda payı 3,4% təşkil edib.
Qeyd edək ki, 2026-cı ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 1,72 milyard dollara çatıb. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 201,2 milyon dollar və ya 13,2% artım deməkdir.
Eyni zamanda, Azərbaycandan xarici ölkələrin iqtisadiyyatına birbaşa investisiyaların həcmi 1,110 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 794,7 milyon ABŞ dolları və ya 3,5 dəfə çoxdur.