Azərbaycan neftinin qiyməti bahalaşıb

İqtisadiyyat

29.05.2020 - 10:24

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 35,84 dollar təşkil edib

 

Azərbaycan neftinin qiyməti bahalaşıb. AYNA xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,71 dollar artaraq 35,84 dollar təşkil edib.

 

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

 

Müəllif: Ayna.az