Nazir: "2020-ci ilin dövlət büdcəsinin gəlirləri azalıb"

İqtisadiyyat

29.12.2020 - 11:27

Samir Şərifov: "Bu il Azərbaycan kifayət qədər sosial-iqtisadi problemlərlə üzləşib"

 

“Milli Məclis qısa zaman kəsiyində, sıx qrafiklə işləməklə gələn ilin dövlət büdcəsini geniş şəkildə müzakirədən keçirdi. Bunun üçün parlament rəhbərliyinə və deputatlara minnətdaram”.

 

AYNA xəbər verir ki, bu sözləri Milli Məclisdə büdcə müzakirələri zamanı maliyyə naziri Samir Şərifov deyib.

 

Şərifov işğaldan azad olunmuş ərazilərin bərpası yönündə səsləndirilən təkliflərə toxunaraq bildirib ki, bu istiqamətdə təkliflər gələcəkdə nəzərə alınacaq: “Həminin, bərpa məsələsi istiqamətində beynəlxalq nüfuzlu maliyyə ekspertləri ilə birgə fəaliyyət göstəriləcək, birgə dəyərləndirmələr aparılacaq”.

 

“Əlavə gəlir mənbələri tapılmadan dövlət büdcəsinin xərclər hissəsinin artırılması makroiqtisadi sabitlik üçün müəyyən təhdidlər yarada bilər. Ona görə də, hesab edirəm ki, əlavə gəlir mənbələri təşviq edilməlidir”, - deyə S.Şərifov qeyd edib.

 

Nazir bildirib ki, pandemiya digər ölkələr kimi Azərbaycana da təsir edib: “Bu baxımdan, 2020-ci ilin dövlət büdcəsinin gəlirləri azalıb. 2020-ci ildə Azərbaycan kifayət qədər sosial-iqtisadi problemlərlə üzləşib. Bu il həmçinin işğal altında olan torpaqlarımız azad olunub. 2021-ci ildə qarşıda duran vəzifə Qarabağın yenidən qurulmasıdır”.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə