Qorno Bakıdan məmnun qayıdıb

Xəbərlər

26.06.2026 - 17:41

Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana səfəri barədə məlumat yayıb

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Bakıdakı görüşləri zamanı müzakirə olunan məsələlər barədə məlumat verib. AYNA.AZ xəbər verir ki, Qorno bu barədə “X” sosial media səhifəsində yazıb.

"Bakıya getməyimdən və Prezidentin köməkçisi Hikmət Hacıyev, Prezidentin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyov və xarici işlər nazirinin müavini Elnur Məmmədov da daxil olmaqla, Azərbaycandan olan tərəfdaşlarımla əsaslı məsləhətləşmələr apardığımdan məmnunam", - deyə qeyd edib.

Bildirib ki, müzakirələr regional proseslərə, Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərə, nəqliyyat və logistika imkanlarına, Azərbaycanla Ermənistan arasında sülh prosesinə və Aİ-nin Azərbaycan və Ermənistanda qarşıdan gələn yüksək səviyyəli təmaslarından əvvəlki məsələlərə yönəlib.

“İki ölkə arasında davamlı sülh yolunda tarixi nailiyyətlərin yaratdığı müsbət impulsu qorumağın vacibliyi barədə razılığa gəldik. Avropa İttifaqı bu prosesi dəstəkləməyə davam edəcək", - Qrono qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş