Bu dəfə yanğınsöndürənlərin binası yanıb

Hadisə

23.06.2019 - 16:14

Binada FHN-in təqaüddə olan və hazırda işləyən əməkdaşları yaşayırlar

 

Bakının Nizami rayonunda Oktay Vəliyev 70 ünvanında Dövlət Yanğından Mühafizə Xidmətinin 18 saylı yanğından mühafizə hissəsinin yataqxanasında yanğın baş verib.

 

AYNA qafqazinfo-ya istinadən xəbər verir ki, 3 mərtəbəli binanın birinci mərtəbəsində FHN-nin yanğından mühafizə hissəsi yerləşir. İkinci və üçüncü mərtəbələrdə isə FHN-in təqaüddə olan və hazırda işləyən əməkdaşları yaşayır.

 

Yataqxananın 3-cü mərtəbəsində baş vermiş yanğın qısa qapanmadan yaranıb. Bir ev tamamilə yanıb.

 

Hazırda yanğın söndürülüb. Xəsarət alan yoxdur.

 

Müəllif: Ayna.az