“Zelenskinin səs yazıları və korrupsiya ilə əlaqəli materialların yer aldığı "Mindiç lentləri"nin dərc olunması onun reytinqini sıfıra sala bilər”
Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, hazırda Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujnı Ukraynada prezident seçkiləri keçiriləcəyi təqdirdə, Prezident Volodimir Zelenskini məğlub edər. AYNA.AZ xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri yazıb.
Jurnalistlər proqnozlaşdırırlar ki, “əgər Zalujnı namizədliyini irəli sürərsə, qalib gələ bilər. Zelenskinin səs yazıları və digər korrupsiya ilə əlaqəli materialların yer aldığı "Mindiç lentləri"nin dərc olunması onun reytinqini sıfıra sala bilər.
Nəşrin analitikləri hesab edir ki, Zalujnı Zelenskinin güclü rəqibi ola bilər.