Qazaxıstanda antiterror təlimləri keçirilir

Dünya

02.07.2026 - 15:39

Məqsəd hüquq-mühafizə orqanlarının və xüsusi təyinatlı qüvvələrin müxtəlif terror təhdidlərinə qarşı mübarizəyə hazırlığını yoxlamaqdır

Qazaxıstanın Jambıl vilayətinin Taraz şəhərindəki terrorizmə qarşı mübarizə üzrə əməliyyat qərargahı “Taraz-Antiterror-2026” adlı planlı təlimlər keçirir. AYNA.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının Terrorizmə Qarşı Mübarizə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, tədbirin əsas məqsədi hüquq-mühafizə orqanlarının və xüsusi təyinatlı qüvvələrin müxtəlif terror təhdidlərinə qarşı mübarizəyə hazırlığını yoxlamaqdır.

Əməliyyat qərargahı təlim tədbirləri ilə əlaqədar sakinləri və qonaqları davam edən təlimlərə, eləcə də ictimai və nəqliyyat vasitələrinin hərəkətinə qoyulan mümkün müvəqqəti məhdudiyyətlərə anlayışla yanaşmağa çağırıb.

Vətəndaşlara şəxsi təhlükəsizlik tədbirlərinə və dövlət orqanları əməkdaşlarının qanuni tələblərinə ciddi şəkildə əməl etmələri tövsiyə olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş