Dünya çempionatında qrup mərhələsi başa çatıb

İdman

28.06.2026 - 11:46

Pley-offa yüksələn 32 komanda bəlli olub

2026-cı il futbol üzrə dünya çempionatının qrup mərhələsinin başa çatmasının ardından turnirin pley-off mərhələsinə yüksələn bütün 32 milli komanda müəyyənləşib.

1/16 finalın cütləri:

Almaniya - Paraqvay;

Fransa - İsveç;

Cənubi Afrika Respublikası - Kanada;

Niderland - Mərakeş;

Portuqaliya - Xorvatiya;

İspaniya - Avstriya;

ABŞ - Bosniya və Herseqovina;

Belçika - Seneqal;

Braziliya - Yaponiya;

Kot-d'İvuar - Norveç;

Meksika - Ekvador;

İngiltərə - Konqo Demokratik Respublikası;

Argentina - Kabo-Verde;

Avstraliya - Misir;

İsveçrə - Əlcəzair;

Kolumbiya - Qana.

Dünya çempionatının pley-off mərhələsində komandalar 1/8 finala vəsiqə uğrunda mübarizə aparacaqlar. Məğlub olan komandalar isə turnirlə vidalaşacaqlar.

Dünya çempionatının pley-off mərhələsi artıq bu gün start götürəcək. Turnirin ilk 1/16 final qarşılaşmasında Kanada millisi Cənubi Afrika Respublikası ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş