Ağcabədidə fermerlər pestisidlərin təhlükələri barədə maarifləndirilib

Xəbərlər

02.07.2026 - 17:21

"Pestisidlərin təhlükələri barədə icma maarifləndirmə təşəbbüsü" layihəsi çərçivəsində maarifləndirici seminar keçirib

İyunun 30-da Ekoloji İnformasiya İctimai Birliyi Ağcabədi rayonunda fermerlər üçün "Pestisidlərin təhlükələri barədə icma maarifləndirmə təşəbbüsü" layihəsi çərçivəsində maarifləndirici seminar keçirib.

AYNA.AZ xəbər verir ki, tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Layihə rəhbəri Musa Muradlı bildirib ki, layihə Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Onun sözlərinə görə, son qrant müsabiqəsində minə yaxın layihə təqdim olunub, onlardan təxminən 400-ü maliyyələşdirilib və Ekoloji İnformasiya İctimai Birliyinin layihəsi də qaliblər sırasında yer alıb. Bu, pestisidlərin təhlükələri ilə bağlı maarifləndirmə işinin aktuallığını göstərir.

Musa Muradlı ölkədə vətəndaş cəmiyyətinin inkişafına göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib, eyni zamanda layihəyə göstərilən maliyyə dəstəyinə görə QHT-lərə Dövlət Dəstəyi Agentliyinə minnətdarlığını ifadə edib.

Seminarda aqrar elmlər üzrə fəlsəfə doktoru, ekoloq alim Xosrov Musayev pestisidlərin düzgün saxlanılması, təhlükəsiz istifadəsi və insan sağlamlığına mümkün təsirləri barədə ətraflı təqdimatla çıxış edib. O, fermerlərin məsuliyyətli yanaşmasının vacibliyini vurğulayaraq bildirib ki, inkişaf etmiş ölkələrdə, o cümlədən Almaniyada kənd təsərrüfatı məhsulları satışa çıxarılmazdan əvvəl nitrat və digər göstəricilər üzrə ciddi laborator nəzarətdən keçirilir.

Seminar diskussiya şəraitində davam edib. Fermerlər onları maraqlandıran sualları ünvanlandırıb, pestisidlərin tətbiqi ilə bağlı fikir mübadiləsi aparıblar. Tədbirdə DAİM-in və Bitki Mühafizəsi sahəsinin nümayəndələri də iştirak ediblər.

Sonda iştirakçılara dəftərxana ləvazimatları və sertifikatlar təqdim olunub, xatirə şəkli çəkdirilib.

Layihə rəhbəri Musa Muradlı seminarın təşkilinə göstərdiyi dəstəyə görə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynova və rayon icra hakimiyyətinin kollektivinə təşəkkürünü bildirib.

Ağcabədidə fermerlər pestisidlərin təhlükələri barədə maarifləndirilib
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş