"O müəyyən yoxlamaların aparılması zərurəti yarandığı üçün həbs edilib"
Monakoda ukraynalı oliqarx Vadim Yermolayevə qarşı sui-qəsd cəhdi ilə bağlı bir əcnəbi saxlanılıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Monaco Info” məlumat yayıb.
Monako Prokurorluğundan bildirilib ki, "o müəyyən yoxlamaların aparılması zərurəti yarandığı üçün həbs edilib".
Daha sonra saxlanılan əcnəbi sərbəst buraxılıb.
Onun hansı ölkə vətəndaşı olduğu açıqlanmayıb.
Qeyd edək ki, iyunun 30-da Monakoda partlayış baş verib. Hadisə nəticəsində Yermolayev, həyat yoldaşı və oğlu yaralanıb. Partlayışdan qısa müddət əvvəl müşahidə kameraları naməlum bir kişini qeydə alıb. O hadisə yerində çantasını qoyub qaçıb.