“Anlaşma Memorandumu ilə bağlı məsələlərdə müsbət irəliləyiş əldə edildi"
Qətər və Pakistan vasitəçiləri 1 iyulda Dohada ABŞ və İran vasitəçiləri ilə ayrı-ayrı görüşlər başa vurublar və məsləhətləşmələrdə irəliləyiş əldə edildiyini bəyan ediblər. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Qətərin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari bildirib.
O “X”də yazıb: "Qətər və Pakistan vasitəçiləri Dohada ABŞ və İran vasitəçiləri ilə ayrı-ayrı görüşləri başa vurdular və Lüsern sammitinin nəticələrinə əsaslanaraq, İslamabad Anlaşma Memorandumu ilə bağlı məsələlərdə müsbət irəliləyiş əldə edildi".