Erməni əsirlərdən həmvətənlərinə çağırış: “Boş yerə ölməyin” - <font color=red> VİDEO</font>

Aktual

01.11.2020 - 16:39

“Azərbaycan hərbçiləri döyüş meydanında cəsarətlə vuruşur”

 

CBC telekanalı Azərbaycandakı erməni əsirlərin müharibə barədə etiraflarından reportaj hazırlayıb.

 

AYNA-nın xəbərinə görə, əsirlər Azərbaycan hərbçiləri ilə qarşılaşana qədər türkləri qəddar və qaniçən kimi təsəvvür etdiklərini deyiblər. Belə bir ittiham ümumi səfərbərlik dövründə ölkələrinin hərbi və siyasi rəhbərliyi tərəfindən bildirilib.

 

Əsirlərin dediyinə görə, əslində, Azərbaycan hərbçiləri döyüş meydanında cəsarətlə vuruşur və düşmənə qarşı humanizm nümayiş etdirirlər.

 

Erməni əsirlər həmvətənlərini silahlarını yerə qoyub evlərinə dönməyə çağırıblar, çünki Qarabağ Azərbaycan torpağıdır.

Müəllif: Ayna.az