Azərbaycanda son sutkada COVID-19-a yoluxanların sayı açıqlanıb

Aktual

08.12.2020 - 15:15

Daha 4 min 387 nəfər koronavirusa yoluxub, 3 min 133 nəfər sağalıb, 38 nəfər vəfat edib

 

Azərbaycanda koronavirusa (COVID-19) 4 min 387 yeni yoluxma faktı qeydə alınıb, 3 min 133 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə AYNA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

 

Son sutka ərzində 38 nəfər COVID-19-dan vəfat edib. Aktiv xəstə sayı 59028 nəfərdir.

 

Ölkədə son sutka ərzində 18321, hazırkı dövrədək isə 1865512 test aparılıb.

 

Ümumi ölənlərin sayı 1713 nəfərdir. Ümumi yoluxanların sayı 154152 nəfər, ümumi sağalanların sayı 93411 nəfərdir.

Müəllif: Ayna.az