Ərdoğan Yunanıstanı təxribatlardan çəkinməyə çağırıb

Dünya

21.09.2022 - 00:25

Həkimlər Klinikalar SEO Xidməti

Türkiyə Prezidenti BMT-nin 77-ci Baş Assambleyasında çıxış edib

“Kipr məsələsində ədalətli, davamlı bir həllə nail olmaq üçün Şimali Kipr Türk Cumhiriyyəti ilə birgə xoşniyyətli və konstruktiv səylər göstərdik”.

AYNA-nın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının 77-ci Baş Assambleyasında (BMT) çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə Prezidenti beynəlxalq ictimaiyyəti sanksiyalarla dünyadan qoparmağa çalışdıqları Kipr türklərinə qarşı zülmə son verməyə, Şimali Kipr Türk Cümhuriyyətinin rəsmi olaraq tanımağa dəvət edib.

Ərdoğan Yunanıstanı isə təxribatlardan çəkinməyə çağırıb: “Ölkəmizlə siyasi və hərbi səviyyəcə əsla müqayisə olunmayan, güc nümayişi göstərənlər özünü gülünc vəziyyətə salırlar. Şərqi Aralıq dənizində sülh və sabitliyin davam etdirilməsi bütün tərəflərə hörmətdən asılıdır. Yunanıstandan gərginlik və təxribat siyasətini bir kənara qoyaraq, əməkdaşlıq və həmrəylik çağırışlarımızı eşitməklərini gözləyirik”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş