Ərdoğanla Stoltenberq arasında görüş olub

Dünya

04.11.2022 - 23:28

cedabet dərman SEO Xidməti

Görüş zamanı bir sıra məsələlər müzakirə olunub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO-nun Baş katibi Yens Stoltenberq arasında görüş keçirilib.

AYNA xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası yanında Kommunikasiya İdarəsindən məlumat verilib.

Görüş zamanı Rusiya-Ukrayna müharibəsi, Yunanıstanın təcavüzkar hərəkətləri və Türkiyə-İsveç-Finlandiya arasında üçtərəfli memorandum müzakirə edilib.

Türkiyə Prezidenti görüşdə Rusiya və Ukrayna ilə ən yüksək səviyyədə həyata keçirilən danışıqlar nəticəsində taxıl dəhlizinin yenidən fəaliyyətə başladığını vurğulayaraq, qarşıdakı dövrdə razılaşmanın uzadılmasına diqqət edəcəklərini bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş