Danimarka ABŞ-ın yaratdığı Qəzza Sülh Şurasına dəvət olunmayıb

Dünya

22.01.2026 - 15:08

"Kopenhagenə qoşulmaq üçün belə dəvət olunmayıb"

Danimarka ABŞ Prezidenti Donald Trampın Qəzza planına nəzarət etmək üçün yaratdığı Sülh Şurasına qoşulmaq üçün dəvət almayıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Politico” nəşri Danimarka diplomatına istinadən məlumat yayıb.

Nəşr yazıb ki, "Kopenhagenə qoşulmaq üçün belə dəvət olunmayıb".

Qeyd edək ki, Yunanıstan da Sülh Şurasına qoşulmayacağını açıqlayıb. Ölkənin xarici işlər naziri Giorgos Gerapetritis deyib ki, Avropa İttifaqına üzv dövlətlər bu mərhələdə təşkilata qoşulmağa yekdilliklə qarşıdırlar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş