Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirilib

Xəbərlər

10.06.2026 - 12:03

Cənazələr bu gün ailələrinə təhvil veriləcək və dəfn mərasimi keçiriləcək

İyunun 5-də Azov dənizində yük gəmisinə PUA hücumu zamanı həyatını itirən 1969-cu il təvəllüdlü Qismət Əliyev və 1981-ci il təvəllüdlü Fuad Orucovun cənazələri Azərbaycana gətirilib.

AYNA.AZ-ın Oxu.az-a istinadən verdiyi məlumata görə, onların nəşləri Yalama Sərhəd-Keçid Məntəqəsindən ölkəmizə keçirilib. Cənazələr bu gün ailələrinə təhvil veriləcək və dəfn mərasimi keçiriləcək.

Xatırladaq ki, iyunun 5-də gecə saatlarında Azov dənizində iki xarici yük gəmisinin - "Natra" və "Zirkon" quru yük gəmilərinin dronlarla vurulması nəticəsində 4 Azərbaycan vətəndaşı həlak olub, 4 nəfər isə yaralanıb.

Hər iki gəmidə olan və sağ qalan 19 nəfər azərbaycanlı heyət üzvü isə dünən axşam saatlarında ölkəyə gətiriliblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş