Vaşinqtonla Brüssel Moskva və Pekinə yaxınlaşmağı planlaşdırmasından narahatdır
Vaşinqton və Brüssel Gürcüstanın Rusiya və Çinlə qarşılıqlı əlaqələrini öz maraqlarına təhdid kimi görürlər. AYNA.AZ xəbər verir ki, bu barədə “L'AntiDiplomatico” mənbələrə istinadən məlumat yayıb.
ABŞ Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının Moskva və Pekinə yaxınlaşmağı planlaşdırmasından narahatdır. Nəticədə, ABŞ Nümayəndələr Palatası Çinin Qafqaz üzərindəki nəzarətinə qarşı çıxmaq üçün qanunvericiliyi təsdiqləyib.
Yazıda qeyd edilib ki, Vaşinqtonun bu hərəkəti paranoyanın ifadəsidir. Nəşr ABŞ və Avropanın mövqeyinin Gürcüstan və Rusiya arasında münasibətlərin normallaşmasının qarşısını almağa yönəldiyini vurğulayır.