Xətai və Suraxanının bəzi ərazilərində qazın verilişində fasilə yaranacaq

Xəbərlər

30.10.2026 - 09:41

Qaz təchizatı təmir işləri yekunlaşdıqdan sonra bərpa olunacaq

Magistral qaz kəmərində aşkar edilmiş sızmanın aradan qaldırılması ilə əlaqədar oktyabrın 30-da paytaxtın Xətai və Suraxanı rayonlarının bir sıra küçələrində qaz təchizatında müvəqqəti fasilə yaranacaq. AYNA.AZ xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Qeyd olunub ki, qaz sızmasının aradan qaldırılması məqsədilə təmir işləri oktyabrın 30-da saat 10:00-dan başlayacaq və işlər başa çatanadək qeyd olunan ərazilərdə qazın verilişi dayandırılacaq.

Qaz təchizatı təmir işləri yekunlaşdıqdan sonra bərpa olunacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş