Hadisə Müzəffərabad yaxınlığında uçuş zamanı texniki nasazlıqdan sonra baş verib
Pakistana məxsus hərbi Mi-17 helikopteri Kəşmirdə qəzaya uğrayıb. Qəzadan sağ çıxan olmayıb. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə Pakistanın Xidmətlərarası İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Hadisə Pakistanın idarə etdiyi Kəşmirin Müzəffərabad yaxınlığında uçuş zamanı texniki nasazlıqdan sonra baş verib.