KTMT ölkələri Ermənistanla bağlı razılığa gəlib

Dünya

10.06.2026 - 22:59

Üzvlük haqqını ödəmədiyinə görə Ermənistana qarşı nizamnamənin müvafiq maddəsinin tətbiq edilməsini nəzərdən keçiriləcək

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzv ölkələri Ermənistanın iki ildən çoxdur üzvlük haqqını ödəmədiyinə görə təşkilatın nizamnaməsinin müvafiq maddəsinin tətbiq edilməsini nəzərdən keçirmək barədə razılığa gəliblər.

AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Kazanda KTMT Xarici İşlər Nazirləri Şurasının iclasından sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bu yaxınlarda ölkənin KTMT-yə üzvlüyü ilə bağlı bildirib ki, ölkə üzvlük haqqı ödəmir və təşkilatda iştirak etmir: "Bu gün bu vəziyyətdə nə edəcəyimizi müzakirə etdik. Ermənistan iki ildən çoxdur ki, KTMT büdcəsinə borcludur. Bu gün KTMT Nizamnaməsinin müvafiq maddəsinin tətbiq edilməsini nəzərdən keçirmək barədə razılığa gəldik".

Bundan əlavə, Lavrov bildirib ki, Ermənistanın Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlüyü məsələsi təcilidir, çünki ölkə artıq Avropa Birliyinə qoşulmaq haqqında qanun qəbul edib: "Ermənistan artıq Aİ-yə qoşulmaqla bağlı qanun qəbul edib, ona görə də məsələ artıq aktualdır. Əlbəttə ki, bu, tez bir zamanda həll olunmalıdır".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş