Mariya Zaxarova: “Seçkilər misli görünməmiş Qərb müdaxiləsi ilə baş tutub”
“Ermənistandakı parlament seçkiləri müxalifətə qarşı görünməmiş təzyiq və Qərbin müdaxiləsi ilə müşayiət olunub”. AYNA.AZ xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova “Sputnik”ə açıqlamada deyib.
"Ermənistanda seçkilər hakimiyyət tərəfindən müxalifətə görünməmiş təzyiqlə müşayiət olundu", - deyə o bildirib.
Zaxarova həmçinin qeyd edib ki, seçkilər "misli görünməmiş Qərb müdaxiləsi" ilə baş tutub.