Kaya Kallas: “Məsələdə birliyin olmaması səbəbindən İsrailə qarşı sanksiyaları sərtləşdirmir”
Avropa İttifaqı (Aİ) “məsələdə birliyin olmaması səbəbindən İsrailə qarşı sanksiyaları sərtləşdirmir”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Aİ diplomatiyasının rəhbəri Kaya Kallas deyib.
"Biz bir deyilik. Mən daim eşidirəm: “Niyə Rusiya və Ukrayna ilə bağlı vahid mövqeyiniz var, amma İsraillə bağlı yox?”. Tarixi səbəblərə görə: vəziyyətlə bağlı fərqli baxışlara malik ölkələr var və vahid mövqeyə nail olmaq olduqca çətindir", - deyə o bildirib.
Kallas daha sərt sanksiyaların tərəfdarı olan ölkələr kimi İrlandiya, İspaniya və Sloveniyanı nümunə göstərib. Kallas qeyd edib ki, bu üç ölkə bu mövqedə tək deyil və "daha çox tələb edən daha çox ölkə" var.
Avropa diplomatiyası rəhbərinin sözlərinə görə, Avropa Komissiyası tezliklə İsrailə qarşı yeni tədbirlər təklif edəcək, lakin onun fikrincə, "onların qəbul edilməsi ehtimalı azdır".
Bu vəziyyətin Aİ-ni zəiflədib-zəiflətməməsinə gəlincə, rəsmi şəxs "məyusedici" olduğunu bildirib.
May ayında Belçikanın Baş naziri Bart De Vever Aİ-nin İsrailə qarşı heç vaxt sanksiya tətbiq etməyəcəyi fikrini bildirmişdi. Belçika adətən müharibə cinayətlərinə görə İsrailə qarşı sanksiyalarla bağlı Aİ Şurasının müzakirələrində fəal iştirak etməkdən çəkinir. Belçika mediasının məlumatına görə, ölkə İsrailə qarşı sanksiyaların tətbiqini sabotaj edən Aİ üzvləri arasındadır.