Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Salyan rayonunun Arbatan kəndində fəaliyyət göstərən və fiziki şəxs Mübariz Əslan oğlu Muradova məxsus olan çörək istehsalı müəssisəsində yoxlama keçirilib. AYNA.AZ xəbər verir ki, bu barədə AQTA-dan bildirilib.
Qeyd olunub ki, yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi və sanitariya-gigiyena tələblərinin pozulduğu, istehsal prosesinin təhlükəsiz və gigiyenik şəkildə həyata keçirilməsi üçün tələb olunan şəraitin təmin edilmədiyi müəyyən olunub.
Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, icrası məcburi olan göstərişlər verilib. Emal sahəsində aşkar olunmuş nöqsanlar aradan qaldırılanadək işlərin görülməsi və xidmətlərin göstərilməsi məhdudlaşdırılıb.