Səfər iyunun ortalarında baş tutacaq
Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyaya səfər edəcək. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, səfər iyunun ortalarında baş tutacaq.
Zaxarova qeyd edib ki, “Hakan Fidan Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparacaq”.