“Qızılağac”da saxta alkoqollu içkilər aşkarlanıb

Xəbərlər

10.06.2026 - 20:28

Normativ-texniki tələblərə cavab verməyən məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Masallı rayonunun Qızılağac kəndində fəaliyyət göstərən, Yusif Tarverən oğlu Abdullayevə məxsus “Qızılağac” şadlıq sarayında yoxlama keçiriblər. AYNA.AZ xəbər verir ki, bu barədə AQTA-dan bildirilib.

Qeyd olunub ki, yoxlama zamanı normativ-hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub, “Organic Vodka” və “Greenway Bio Organic” əmtəə nişanlı saxta alkoqollu içkilər satışdan kənarlaşdırılıb. Normativ-texniki tələblərə cavab verməyən məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib.

Faktla bağlı inzibati protokol tərtib olunub, məhsullardan nümunələr götürülərək laborator müayinələrə təqdim edilib. Araşdırmalar aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş